İnstaqramın "Playboy"u olaraq tanınan Dan Bilzerian paylaşımları ilə hər dəfə izləyicilərini heyrətləndirir.
axşam.az-ın xarici kiv-ə istinadən məlumatına görə, peşəkar poker oyunçusu olan Danı "İnstaqramın Kralı" da adlandırırlar. O, son olaraq xüsusi təyyarəsində çəkilən foto ilə gündəm yaradıb. Mayamiyə uçan təyyarədə poker oynayan Bilzerian tez-tez "... çünki mən varlıyam" sözünü paylaşıb. Bu sözləriə görə ona çoxlu təhqirlər yazılır və acgöz olduğunu deyirlər.
D.Bilzerianın fotolarından aydın olur ki, onun silah, avtomobil kolleksiyası, yaxtaları, Los-Anceles, San Dieqo, Las Veqasda milyon dollarlıq villaları var. Sosial medianın ən məşhur adlarından olan Danın hətta pişiyinin də 31 mindən çox izləyici olan İnstaqram hesabı var.



































































































