"iPhone 6"ın ən son fotoları

Hazırda oxunan: "iPhone 6"ın ən son fotoları

51766
"iPhone 6"ın ən son fotoları yayımlanıb. 

ANS PRESS-in məlumatına görə, bazara çıxmasına hələ bir ay qalmasına baxmayaraq internetə sızan bu kadrlar telefonu indidən insanlarla tanış edib. Fotolarda mobil cihazın öz qutusu ilə birgə görüntüsü əks olunub.

Yeni "iPhone" öz nəsli arasında ən mükəmməl dizayna sahibdir. Ölçülərinə görə digər "iPhone"lərdən seçilən yeni cihaz göz oxşayır.

"iPhone 6"ın 9 sentyabrda tanıdılması gözlənilir. Hər çıxardığı yeni modellə istifadəçilərini çaşdıran "Apple" görünür internetə sızan fotolar səbəbi ilə insanları elə də heyrətləndirməyəcək. 

Qeyd edək ki, bənzər vəziyyət "iPhone 5"də də olmuşdu. Mobil telefon ictimaiyyətə tanıdılmadan əvvəl fotoları internetdə yayımlanmışdı. 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin