Kişilər bu qəribə davranışları çox bəyənir – QADINLAR, NƏZƏRƏ ALIN

Hazırda oxunan: Kişilər bu qəribə davranışları çox bəyənir – QADINLAR, NƏZƏRƏ ALIN

213118
Qadınların bəzi qəribə davranışları kişilər tərəfindən olduqca cazibədar qəbul edilir. Ailem.az kişilərin qadınlarda xoşladığı qəribə davranışları diqqətinizə çatdırır.
xa0
Yüksək səslə gülürsünüz
xa0
Çox yüksək səslə güldüyünüz üçün utana bilərsiniz. Ancaq həqiqət budur ki, yüksək səsə rəğmən, gerçək bir qəhqəhə xeyli cazibədar ola bilər. Şəxsin duyğusal halları yoluxucudur. Bir kişi həqiqətən əylənən və mükəmməl yumor hissi olan bir qadının yanında ikən istər-istəməz özünü yaxşı hiss etməyə başlayar. Kişilər müsbət bir şəkildə dəstəklənməyi sevirlər. Komik olduğunu düşünürsünüzsə, qəhqəhə atın!
xa0
Düşünən zaman dodağınızı dişləyirsiniz
xa0
Bir layihə üzərində düşünür, metroda yolunuzu tapmağa çalışır, ya da ilk görüşmə gərginliyi yaşayırsınızsa və o anda özünüz bilmədən dodağınızı dişləyirsiniz. Bax, bu vərdişinizi xoşlandığınız şəxsin görməsindən utanmayın, çünki bu, onun çox xoşuna gələcək.
xa0
Şirin şeyləri həddindən çox sevirsiniz
xa0
Keks, şokolad, dondurma… Əgər içində şəkər varsa, hər an hər yerdə yeyə bilərsiniz. Şirniyyatlara qarşı müqavimət göstərə bilməməyiniz kişilərə cazibədar və sevimli görünür.
xa0
Ciddi bir hobbiniz, ya da kolleksiyanız var
xa0
Mütəmadi olaraq “Harry Potter” filmləri izləməkdən zövq alırsınız, ya da ən sevdiyiniz klassik şeirləri toplayırsınız. Yaxud da qədim jurnallarla dolu qutularınız var. Hobbilərinizi gizlətməyə ehtiyac yoxdur. Bir çox kişi bu cür məşğuliyyətləri sevir.
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
Mütəmadi mahnı oxuyursunuz
xa0
Hisslərinizi mahnı oxuyaraq dilləndirirsiniz. Bəzən zümzümə edərək, bəzən də bütün gücünüzlə hayqıraraq. Kişilər xoşbəxt qızlardan xoşlanırlar. Ancaq nə oxuduğunuza diqqət etməlisiniz. Çünki mahnı sözləri şüuraltınızdakı düşüncələri ortaya çıxara bilər.
xa0
Hirsləndiyinizdə burnunuzu qırışdırırsınız
xa0
Mahnı oxumaq kimi, burun qırışdarmaq da hər hansı bir ortamı şənləndirə bilər. Ola bilər ki, bu, sizin ən cazibədar görünüşünüz deyil, amma jurnallardakı qırışsız, mükəmməl şəkilli maniken burunlarına aldanmayın – kişilər hirslənəndə burnunu qırışdıran qadınlardan xoşlanırlar.
xa0
Tez qızarırsınız
xa0
Bəli, üz qızarması bir ağırlıq halına gələ bilər. Xoşlandığınız şəxsə gizlin baxarkən yaxalandınızsa, soyuqqanlılığınızı qorumağınız haradasa imkansız olur. Çəhrayıya bürünmüş kimi görünmədən tərif eşitməyiniz mümkün deyil. Amma bu utanma və həyəcan işarəsi kişilərin gözündə xeyli cazibədar görünə bilər.(lent.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin