Xalq artistinin qızı 3 ildə 100 dəfə CƏRİMƏLƏNDİ

Hazırda oxunan: Xalq artistinin qızı 3 ildə 100 dəfə CƏRİMƏLƏNDİ

625864

Tanınmış müğənni, Rusiyanın Xalq artisti Valeri Meladzenin qızı Arina son üç il ərzində yüzə yaxın inzibati cərimə alıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Rusiyanın "Mash" "Telegram" kanalı yayıb.

Belə ki, gənc qızın yol hərəkəti qaydalarını pozduğuna görə yığılan ümumi cərimə məbləği 82 750 rubl (təxminən 1500 manat) təşkil edib.

Qaydaların pozulması halları ən çox 2023-cü ilin avqust ayından etibarən qeydə alınıb. Cərimələrin əksəriyyəti sürət həddinin aşılması və ödənişli parkinq qaydalarının pozulması (parkinq haqqının ödənilməməsi) ilə bağlıdır.
 

Məlumata görə, 23 yaşlı Arina Meladze bazar dəyəri təxminən 3.5 milyon rubl olan "Mercedes-Benz GLA" markalı krossover idarə edir. O, 2021-ci ildən sükan arxasındadır. Çoxsaylı cərimələrlə yanaşı, gənc qızın idarə etdiyi avtomobil bu müddət ərzində altı dəfə yüngül yol-nəqliyyat hadisəsinə (qəzaya) qarışıb.


Həmçinin qeyd olunur ki, Arinanın 2025-ci ilin sentyabr ayından qalan cərimələrindən birini ödəməməsi səbəbindən barəsində məhkəmə işi açılıb və iş icraatına başlanılıb. Məhkəmənin qərarı ilə gənc qıza inzibati cəza təyin edilib. İndi o, həmin cəriməni ikiqat həcmdə — 10 min rubl olaraq ödəməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin