Xəbər verildiyi kimi sosial şəbəkələrdə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) adından istifadə edilməklə vətəndaşları aldatmağa yönəlmiş saxta məlumatlar və sənədlər yayılır. Səhiyyə Nazirliyi bununla bağlı vətəndaşlara müraciət edərək həmin məlumatların həqiqətəuyğun olmadığı barədə çağırış edib.
Belə ki, həmin sənədlərdə AEM-in hansısa "Sandoz Pharma Departamenti" ilə birgə fəaliyyət göstərdiyi, "barkodçu" vəzifəsinə işçi qəbulu apardığı və namizədlərin məlumatlarının AEM-in daxili reyestrində qeydiyyata alındığı iddia olunub. Nazirlikdən bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir və saxtadır.
Maraqlıdır, saxta vakansiyalarla insanları aldadan həmin şəxslər tapılaraq barələrində müvafiq tədbirlər görüldümü?
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirdi ki, sosial şəbəkələrdə saxta iş elanları paylaşaraq vətəndaşları aldadıb onların maddi vəsaitlərini ələ keçirən səhifələrlə bağlı daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən mütəmadi olaraq əməliyyatlar həyata keçirilir.
Qeyd olunub ki, həmin səhifələri idarə edən şəxslər müəyyən olunaraq barələrində qanunamüvafiq tədbirlər görülür.
DİN bir daha vətəndaşlara internet resurslarındakı cəlbedici təkliflərə və şirnikləndirici vədlərə qarşı diqqətli olmağı, şəxsi və bank kartı məlumatlarını heç kimlə bölüşməməyi tövsiyə edir.
Xədicə Paşayeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:20 / 03.09.2026
Səhiyyə Nazirliyi adından saxta vakansiya ilə vətəndaşları aldadanlar CƏZALANDIRILDI – RƏSMİ/ÖZƏL
Hazırda oxunan: Səhiyyə Nazirliyi adından saxta vakansiya ilə vətəndaşları aldadanlar CƏZALANDIRILDI – RƏSMİ/ÖZƏL
Hazırda oxunan: Səhiyyə Nazirliyi adından saxta vakansiya ilə vətəndaşları aldadanlar CƏZALANDIRILDI – RƏSMİ/ÖZƏL
634552
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































