Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

Hazırda oxunan: Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

634527

"Bu tip mənzillərin sayı çox deyil. Xüsusən söhbət yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan mənzillərdən gedir. Bu evlərin böyük bir qismi əvvəlki illərdə inşa edilmiş köhnə tikililərdə yerləşir".

Bizim.Media “Baku.ws”ə istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, burada əhatə olunan kateqoriyalar da kifayət qədər məhduddur:

"Söhbət əsasən birinci qrup əlilliyi olan şəxslərdən, şəhid ailələrindən və qazilərdən gedir. Nəzərə almaq lazımdır ki, şəhid ailələrinin və qazilərin mənzil təminatı dövlət tərəfindən həyata keçirilir. Bu istiqamətdə məsul qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Nazirlik tərəfindən şəhid ailələrinin və qazilərin mənzil təminatı ilə bağlı mənzil fondu formalaşdırılıb və proses hazırda da davam edir. Ötən müddət ərzində kifayət qədər çox sayda şəhid ailəsi və qazi mənzillə təmin olunub.

Yerli icra hakimiyyəti orqanları isə nisbətən aztəminatlı və əlilliyi olan şəxslərə öz sərəncamlarında olan mənzilləri təklif edə bilərlər.

Lakin burada söhbət məhdud sayda mənzildən gedir. Həmin mənzillərin böyük bir hissəsi əvvəlki illərdə də vətəndaşlara təklif olunub və hazırda orada yaşayan şəxslər var.

Pulsuz, yəni heç bir ödəniş etmədən mənzil almaq hüququ isə qanunvericilikdə müəyyən edilmiş kateqoriyalara şamil olunur. Bu kateqoriyalara şəhid ailələri, qazilər, birinci qrup əlilliyi olan şəxslər, eləcə də Çernobıl qəzası nəticəsində əlilliyi yaranmış vətəndaşlar daxildir".

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin