Cici Hadid sevgilisindən aldığı dəbdəbəli hədiyyəni NÜMAYİŞ ETDİRDİ - FOTO

Hazırda oxunan: Cici Hadid sevgilisindən aldığı dəbdəbəli hədiyyəni NÜMAYİŞ ETDİRDİ - FOTO

609655

Cici Hadid 31-ci doğum gününü qeyd edib və sevgilisi, aktyor Bredli Kuperdən aldığı təsirli hədiyyəni sosial şəbəkədə paylaşıb.

Bizim.Media xəbər verir ki, model “Instagram” hesabında 51 yaşlı aktyorun ona göndərdiyi böyük gül kompozisiyasının fotosunu yayımlayıb.

Böyük taxta masanın üzərinə yerləşdirilən dəbdəbəli buket sarı, çəhrayı, qırmızı və ağ güllərdən, eləcə də yaşıl dekorativ elementlərdən ibarət olub.

Mənbələrin məlumatına görə, Kuperin hədiyyəsi modelin həmin gün aldığı çoxsaylı buketlər arasında ən diqqətçəkəni olub.
 

Hadid bundan başqa, “ruhunun çiçəkləri” adlandırdığı günəbaxanları, həmçinin “Tommy Hilfiger” brendindən və “Maybelline” kosmetika xəttindən göndərilən gül kompozisiyalarını da nümayiş etdirib.


Qeyd edək ki, Cici Hadid və Bredli Kuper iki ildən çoxdur münasibətdədirlər. Cütlük ilk dəfə 2023-cü ilin sonunda ictimaiyyətin diqqətini çəkib və onların münasibəti tədricən Hollivudun ən çox müzakirə olunan sevgi hekayələrindən birinə çevrilib.

Daha əvvəl model aktyorla münasibətinin ona şəxsi həyatına yeni baxış qazandırdığını və görüşlərdə “normallıq hissini qaytardığını” etiraf etmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin