Qarabağ qazisini ölümlə hədələdilər...

Hazırda oxunan: Qarabağ qazisini ölümlə hədələdilər...

55246
Dünən Moderator.az-da "Salyan qaziləri Heydər Əliyevin ruhuna məktub yazdılar” sərlöhvəli yazı getmişdi.---moderator.az/?xeber=55165
 Veteranların problemini ictimailəşdirərkən ümid edirdik ki, müvafiq qurumlar hadisəyə adekvat reaksiya verəcək və yaranan gərginliyi lazımi qaydada çözəcəklər. Bu gün aldığımız məlumatlar da yazıya reaksiya veriləcəyi barədə gümanımızda yanılmadığımızı sübut etdi. Di gəl ki, reaksiya gözlədiyimizin tam əksinə idi...

Redaksiyamıza çatan məlumata görə, yazıdan bərk qəzəblənən bəzi dairələr Qarabağ qazisi Elçin Əzizovu ölümlə təhdid ediblər. Faktı araşdırmaq üçün əməkdaşımızın telefonla əlaqə saxladığı Elçin Əzizov da deyilənləri təsdiqlədi. Onun dediklərinə görə bu gün saat 18 radələrində 4 saylı Şirvan Rayonlararası Qeydiyyat-İmtahan Bölməsinin rəisi Vüqar Məmmədyarovun adından mobil nömrəsinə zəng edilib.
Veteranla danışan Faiq Miskərli adlı şəxs yazıya görə onu hədələyib:

 “Faiq Miskərlinin dediyinə görə, mən onların adını gərək mətbuatda çəkməyəydim. Bunun üçün məni aradan götürə, hətta özlərindən birini mənə görə qurban verə biləcəklərini qeyd etdi”.
Elçin Əzizov bu təhdidin kifayət qədər ciddi olduğunu düşünür və ölkə başçısından, Baş Prokrorluqdan can güvənliyinə təminat istəyir. 

Redaksiyadan: Elçin Əzizov ona zəng edən adamın telefon nömrəsini də bizə bildirib. Müvafiq dairələr hadisəylə maraqlanarsa nömrəni onlara verə bilərik.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin