Standartlaşma Komitəsi cibgirin standartını ifşa edəcək...

Hazırda oxunan: Standartlaşma Komitəsi cibgirin standartını ifşa edəcək...

54677

Moderator.az-a paytaxtın ən məhşur “zapravka”larından birindəki qanun pozuntusu haqqında məlumat daxil olub. Bildirilir ki, həmin yanacaqdoldurma məntəqəsində yanacaq dəqiq vurulmur və dəfələrlə sürücülər tərəfindən sübut olunub ki, hər 10 litrdən 1 litr kəsirlə verilir. Həmin məntəqənin adı və harada yerləşməsi barədə məlumatları Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə verdiyimizdən müştərilərin cibinə girən həmin işbazın kimliyini burda yazmırıq. Ümid edirik ki, komitə apardığı monitorinqin nəticəsi barədə də ictimaiyyətə məlumat verəcək.

Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə Moderator.az-a bu kimi hallara qarşı hər zaman mübarizə aparıldığını bildirir və sahibkarların özlərinin həmin qurğuların dəqiqliyini test etmək üçün komitəyə müraciət etdiyini deyir. Amma burada situasiya tamam fərqli olduğundan təbii ki, həmin işbaz öz kələyinin ifşa olunması üçün müraciət edən deyil...

 “Əlbəttə yanacaqdoldurma məntəqələrindəki ölçmə vasitələrinə metroloji nəzarət olunur. Amma bu ildə iki dəfədən çox aparılmır. Lakin o istismar olunan avadanlıqlar müəyyən vaxtdan sonra nasazlıq da yarana bilər, ona görədə də həmin nasazlıq aşkar olunan kimi sahibkar özü maraqlı olmalıdır ki, komitəyə müraciət eləsin, həmin qurğular yoxlanılsın və dəqiqlik təmin olunsun. Əks təqdirdə nasazlıq və müştərilərin aldadılması komitənin nəzarət xidməti tərəfindən aşkarlanarsa, cərimə sanksiyası tətbiq olunur. Son zamanlar yanacaqdoldurma məntəqələrinin özləri tərəfindən müraciətlər daha çox olur ki, gəlin bizim ölçmə vasitələrini yoxlayıb dəqiqliyini təmin edərək bununla bağlı şəhadətnamə verilsin. Əks təqdirdə əgər bizim nəzarət xidməti tərəfindən pozuntular aşkar olunursa İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə uyğun olaraq həmin hüquqi şəxsi 5 min manat cərimə gözləyir. Hər bi raddım istehlakçının hüquqlarının müdafiəsinə yönəlməlidir. Qaldırdığınız məsələ isə birmənalı olaraq istehlakçı hüququnun kobud şəkildə pozulmasıdır. Bu birbaşa bizim səlahiyyətimizdədir ki, istehlakçı hüquqlarının müdafiəsiylə bağlı bu cür yoxlamanı həyata keçirək. Komitə tərəfindən bu məsələ hər zaman olduğu kimi bu dəfə də operativ olaraq araşdırılacaq." 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin