Cinayət başında yaxalanan vəzifəli şəxslər barəsində cinayət işləri açılıb

Hazırda oxunan: Cinayət başında yaxalanan vəzifəli şəxslər barəsində cinayət işləri açılıb

40044
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 2013-cü ildə respublikada qeydə alınan korrupsiya cinayətlərinin statistikasını açıqlayıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev qeyd edib ki, həmin müddət ərzində idarə tərəfindən vətəndaşların 1860 müraciətinə baxılıb, həmçinin 230 cinayət xarakterli material araşdırılıb. 
 İstintaq şöbəsi tərəfindən 367 şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.  
 Həmin cinayət işlərindən 3 şəxs barəsində 2 iş rüşvət vermə (aktiv rüşvətxorluq), 41 şəxs barəsində 16 iş rüşvət alma (passiv rüşvətxorluq), 66 şəxs barəsində 36 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 5 şəxs barəsində 4 iş vəzifə səlahiyyətlərini aşma, 8 şəxs barəsində 4 iş səhlənkarlıq, 124 şəxs barəsində 65 iş mənimsəmə və israf etmə, 1 şəxs barəsində 1 iş təbii qaz, elektrik və istilik enerjisini talama, 17 şəxs barəsində 7 iş qanunsuz və yalançı sahibkarlıq, 2 şəxs barəsində 2 iş vergidən yayınma, 84 şəxs barəsində 51 iş dələduzluq, 16 şəxs barəsində 13 iş isə digər faktlarla əlaqədar olub.   Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 40 milyon 92 min manat ziyandan istintaq müddətində 17 milyon 236 min manat və ya 42,9 %-i ödənilib. Qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.   2013-cü ildə Azərbaycanda cinayət başında yaxalanan vəzifəli şəxslər barəsində 18 fakt üzrə cinayət işi başlanıb. Hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə idarənin əməliyyat qurumları tərəfindən 424 müraciət araşdırılıb. "Korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 7 cinayət işi başlanıb. Həmin işlərdən 19-u üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin