14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video

Hazırda oxunan: 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video

613768

Səhhəti məktəbə getməyə, normal təhsil almağa çətinlik yaratsa da, 9-cu sinif imtahanlarından 252 bal toplaya bilib.

Bizim.Media  xəbər verir ki, Yevlax şəhərində dünyaya göz açan Nəcibə Əlizadə həmyaşıdlarından fərqli olaraq, evdə fərdi təhsil alıb.

O bu yaşına çatana qədər yalnız 2-ci sinifdə oxuyan zaman atasının köməyi ilə bir neçə gün dərslərə qatıla bilib. Ondan sonra keçirdiyi ağır əməliyyatlar təhsilini məktəbdə davam etdirməyə imkan verməyib.
 

Doqquz aylığından serebral-iflic xəstəliyindən əziyyət çəkən Nəcibə Əlizadə iradəsi, zəhməti və təhsilə olan sevgisi ilə qarşısına qoyduğu məqsədlərə çatmaq üçün böyük əzmkarlıq nümayiş etdirib.


15 yaşlı yeniyetmənin hərəkət etməsində ən yaxın köməkçiləri  valideynləridir. Atası Ramil Əliyev qızının 9 aylığından bu günə qədər 14 dəfə əməliyyat keçirdiyini deyir. Bütün bu çətin və ağrılı mərhələlərə baxmayaraq, Nəcibənin təhsilə marağı azalmayıb.

Bir qardaşın yeganə bacısı olan Nəcibə Əlizadə 11-ci sinifdə maxsimum nəticə göstərərək, ali məktəbə qəbul olmağı arzulayır.

Daha ətraflı “Xəzər TV”nin videomaterialında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin