DİN Bakıda polis əməkdaşının intihar etməsi faktı ilə bağlı rəsmi məlumat yayıb

Hazırda oxunan: DİN Bakıda polis əməkdaşının intihar etməsi faktı ilə bağlı rəsmi məlumat yayıb

30769
Daxili İşlər Nazirliyi Bakıda polis əməkdaşının özünü güllələməsi faktı ilə bağlı rəsmi məlumat yayıb. 

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 13-də Sabunçu rayonu 2-ci Zabrat qəsəbəsinin ərazisindəki qəbiristanlıqda Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Əli Novruzov xidmət zamanı tabel silahından atəş açaraq özünü öldürüb.

Hadisə yerindən 1 ədəd xidməti “Makarov” markalı tapança, 2 ədəd daraq, 15 ədəd patron və 1 ədəd giliz götürülüb.

Faktla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin