Paralimpiyaçılarımız 17 medalla Vətənə döndülər

Hazırda oxunan: Paralimpiyaçılarımız 17 medalla Vətənə döndülər

78357
Milli Paralimpiya Komitəsindən Moderator.az-a göndərilən məlumatda deyilir:

"Azərbaycan Respublakısı Milli Paralimpiya Komitəsinin idmançıları 8-19 may 2015-ci il tarixlərində Cənubi Koreyanın Seul şəhərində keçirilən "İBSA Dünya Oyunları"dan vətənə böyük uğurla geri döndülər.
Bu gün səhər saatlarında H.Əliyev adına hava limanında Milli Paralimpiya Komitəsinin nümayyəndələri və azarkeşlər idmançılarımızı böyük sevinc və coşquyla qarşıladılar.
Qeyd edək ki, "İBSA Dünya Oyunları"da Milli Paralimpiya Komitəsini 3 idman növündən ( yüngül atletika, cüdo və üzgüçülük) 12 idmançı   təmsil edirdi. İdmançılarımız 8 qızıl, 6 gümüş və 3 bürünc medal  olmaqla ümumilikdə 17 medal qazanmışlar.
Bu böyük uğurla idmançılarımızı təbrik edirik!!!"
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin