Lənkəranda yeniyetmə tanışları tərəfindən döyülüb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kərgəlan kəndi ərazisində baş verib.
2010-cu il təvəllüdlü E. İbadov tanışları ilə aralarında yaranan mübahisə zamanı döyülüb.
Yaxınlarının bildirdiyinə görə, mübahisə kənd ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən birinin həyətində baş verib. Mübahisə zamanı yeniyetmələrdən biri E. İbadovu döyərək başı üstə yerə çırpıb.
Yaralı yaxınları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb. İlkin olaraq kəllədaxili travma ehtimalı ilə reanimasiya şöbəsinə yerləşdirilən yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir.
Hazırda E. İbadov süni tənəffüs aparatına qoşulub.
Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

- A-
- A
- A+
Cəmiyyət
08:38 / 18.09.2026
Yeniyetməni döyüb başı üstə yerə çırpdılar - Süni tənəffüs aparatına qoşuldu – FOTO
Hazırda oxunan: Yeniyetməni döyüb başı üstə yerə çırpdılar - Süni tənəffüs aparatına qoşuldu – FOTO
Hazırda oxunan: Yeniyetməni döyüb başı üstə yerə çırpdılar - Süni tənəffüs aparatına qoşuldu – FOTO
637308
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































