İtaliyada Türkiyədən gələn logistika şirkətinə məxsus, təxminən 6 milyon avro dəyərində kakao daşıyan yük maşını silahlı şəxslərin hücumuna məruz qalıb.
Bizim.Media “Milliyet” nəşrinə istinadən xəbər verir ki, hadisə Bari yaxınlığındakı A-14 magistral yolunda baş verib.
Hücumu törədən şəxslər avtomobillə yük maşınının qarşısını kəsib, tıxacdan istifadə edərək rabitəni kəsib və sürücünü zorla maşından çıxarıblar. Soyğunçlar qoşqunun kilidini aça bilmədikləri üçün yükü götürmədən ərazidən uzaqlaşıblar.
Sürücü üzərində telefon və pul olmadığı üçün bir müddət sonra həyat yoldaşı ilə əlaqə saxlaya bilib. Qadın isə hadisə barədə şirkət rəhbərliyinə məlumat verib.
Yük maşını daha sonra İtaliya hüquq-mühafizə orqanları tərəfindən tapılıb. Hadisə ilə bağlı araşdırma davam edir.
Bizim.Media































































































