Sentyabrın 17-si axşam saatlarında Rusiya hərbçiləri Zaporojye şəhərindəki "Armstor" ticarət mərkəzinə zərbə endiriblər.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri əvəzi Mixail Semikin məlumat verib.
Semikinin sözlərinə görə, hücum nəticəsində supermarkettə güclü yanğın başlayıb.
Ümumilikdə isə, hücumun əsas hədəfi mülki müəssisələr, avtobus dayanacaqları və ticarət mərkəzləri olub. Zərbələr nəticəsində qida ehtiyatlarına zərər dəydiyini bildirən Semikin əhalini təşvişə düşməməyə çağırıb.
Zaporojye Vilayət Müdafiə Şurasının həmsədri İvan Fedorov isə ilkin məlumatlara əsasən, ticarət mərkəzinə edilən hücum zamanı xəsarət alanların olmadığını bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:54 / 18.09.2026
Zaporojyedə ticarət mərkəzi VURULDU – Güclü yanğın – VİDEO
Hazırda oxunan: Zaporojyedə ticarət mərkəzi VURULDU – Güclü yanğın – VİDEO
Hazırda oxunan: Zaporojyedə ticarət mərkəzi VURULDU – Güclü yanğın – VİDEO
637312
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































