Tarixinin ən bahalı müqaviləsi reallaşdı ”“ Rekord qırıldı

Hazırda oxunan: Tarixinin ən bahalı müqaviləsi reallaşdı ”“ Rekord qırıldı

61984
İdman tarixinin ən bahalı müqaviləsinə imza atılıb.
 
Amerikada "Mayami Marlins”x9d beysbol klubunun formasını geyinən Stanton müqaviləsini 325 milyon dollar qarşılığında 13 il müddətinə uzadıb.
 
Bu müqavilə ilə Stanton indiyədək bu rekordun sahibi digər beysbolçu Miquel Kabreranı arxada qoymuş oldu. Kabreranın rekordu 292 milyon dollar olub.
 
Ən bahalı idman müqavilələrinin sıralamasında ilk 30 yerdən 28-i  beysbolçulardan ibarətdir.
 
Qeyd edək ki, 2007-ci ildə “Ferrari”x9d “Formula-1”x9d komandası ilə 3 illik müqavilə bağlayan Kimi Raikkonen 153 milyon dollarla sıralamada 22-ci yerdə qərarlaşıb. "Real”x9dın ötən mövsümün əvvəlində 91 milyon dollar ödəyərək heyətinə qatdığı Qaret Beyl isə siyahıda 27-ci yeri tutub.(publika.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin