OpenAI “ChatGPT”nin yeni funksiyasını Messi ilə tanıtdı

Hazırda oxunan: OpenAI “ChatGPT”nin yeni funksiyasını Messi ilə tanıtdı

619261

"OpenAI" süni intellekt əsaslı "ChatGPT" platformasının yeni reklam çarxını yayımlayıb.

Bizim.Media xəbər verir ki, qısa videoda 2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi olan Argentina millisinin hücumçusu Lionel Messi yer alıb.
 

Reklam süjetində Messi "ChatGPT"dən öz fotosunun redaktə edilməsini xahiş edir. O, saçlarının Argentina bayrağının rənglərinə uyğun şəkildə dəyişdirilməsini istəyir. Süni intellekt tərəfindən emal olunan görüntüdən sonra futbolçu yenilənmiş şəkli komanda çatına göndərir.


Paylaşımda istifadəçilərə də eyni funksiyanı sınaqdan keçirmələri tövsiyə olunur.

Reklamın məqsədi "ChatGPT"nin şəkil redaktəsi və vizual generasiya imkanlarını nümayiş etdirməkdir. İstifadəçiyə verilən nümunə sorğuda isə saçların təbii görünüşü qorunmaqla ölkə bayrağının rənglərinə uyğunlaşdırılması istənilir və ölkə və ya şəkil göstərilmədikdə sistemin bunu dəqiqləşdirməsi vurğulanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin