"Kəpəz" klubu serbiyalı mütəxəssisə tapşırılır - FOTO

Hazırda oxunan: "Kəpəz" klubu serbiyalı mütəxəssisə tapşırılır - FOTO

618641

"Kəpəz" klubunun baş məşqçi postuna gətirəcəyi isim artıq bəlli olub.

Bizim.Media xəbər verir ki, Gəncə təmsilçisi sükanı serbiyalı mütəxəssis Zoran Vasilyeviçə etibar etməyə hazırlaşır və tərəflər rəsmi müqavilənin imzalanmasına çox yaxındırlar.

Hazırda Serbiyanın "IMT Belqrad" komandasının çalışdırıcısı olan mütəxəssislə "Kəpəz" rəhbərliyi arasında son günlərdə intensiv danışıqlar prosesi gedir.

Məlumata görə, əməkdaşlığın əsas detalları artıq razılaşdırılıb və Zoran Vasilyeviçin Gəncə klubunu çalışdıracağı böyük ölçüdə dəqiqləşib. Yaxın günlərdə bu əməkdaşlığın rəsmi elan olunacağı gözlənilir.
 

Xatırladaq ki, Zoran Vasilyeviç karyerası ərzində üç fərqli dönəmdə "IMT Belqrad"ın, qısa müddət isə "Radnik"in baş məşqçisi olub. Mütəxəssisin məşqçilik təcrübəsinə, həmçinin, "Sloven Ruma", "Kabel" və müvəqqəti olaraq "Voyvodina" klublarına rəhbərlik etmək daxildir.


Qeyd edək ki, Gəncə təmsilçisi ötən ay sabiq baş məşqçi Azər Bağırovla yollarını rəsmən ayırmış və yeni çalışdırıcı axtarışlarına start vermişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin