Bakı metrosunda qadınların davası

Hazırda oxunan: Bakı metrosunda qadınların davası

53225
Bu gün “Nərimanov” metrostansiyasında qadınlar əlbəyaxaya çıxıblar. 

Moderator.az-ın məlumatına görə, milli.az-ın əməkdaşı bildirib ki, qatara minən zaman bir qadın digərinin ayağını tapdalayıb.

Bu zərərçəkənin xoşuna gəlməyib və başlayıb qışqırmağa. Qadın qarşıdakı xanımı təhqir etməyə başlayıb.

“Heyvan” sözünü eşidən digər xanım da dözməyib, zərərçəkənin yaxasından yapışıb. Ətrafdakılar saçyolduya imkan verməyib. Qadınları aralasalar da, təhqir edən xanım “Gənclik” metrosunadək susmayıb.

“Gənclik” metrosunada qadınlardan biri qatarı tərk edincə sərnişinlər rahatlaşıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin