Çində alış-veriş mərkəzində yerləşən üstü açıq akvariumdakı köpək balığı 6 yaşlı bir qızın əlini dişləyib.xa0
Moderator.az xəbər verir ki, yerli mətbuatda dərc olunan xəbərlərdə qızın nənəsi ilə birlikdə akvariumun kənarında dayanaraq balıqları seyr etdiyi zaman köpək balığının hücumuna məruz qaldığı bildirilib. Kiçik qızın sağ əlinin doqquz yerində sınıqlar və dərinliyi 5 santimetr olan yaralar olduğu ifadə edilib.
Akvariumun yanındakı lövhədə "əlinizi suya salmayın" xəbərdarlığının olduğu vəxa0 kiçik qızın buna riayət etməməsi səbəbindən köpək balığının hücumuna məruz qaldığı bildirilib.
Kamran


































































































