Azərbaycanda ən çox hansı adlar qoyulur?

Hazırda oxunan: Azərbaycanda ən çox hansı adlar qoyulur?

97278
Azərbaycanda yeni doğulan uşaqlara daha çox qoyulan adların siyahısı açıqlanıb.

Ədliyyə Nazirliyindən “Qafqazinfo”x9dya daxil olan məlumata görə, 2015-ci ilin 9 ayı ərzində oğlan uşaqları arasında ən çox qoyulan ad Yusif adı olub. Belə ki, bu müddətdə yeni doğulmuş 2380 uşağa Yusif adı qoyulub. Bu ilin 9 ayı ərzində populyarlıq qazanmış oğlan adları isə Əli (1686), Hüseyn (1668), Murad (1033), Məhəmməd (1006) adları olub.
Qız uşaqlarına isə daha çox Zəhra adı verilib. Cari ilin 9 ayı ərzində yeni doğulmuş 2348 qıza Zəhra adı qoyulub. Bu il populyarlıq qazanmış digər qız adları isə Nuray (1699), Fatimə (1507), Aylin (1194), Zeynəb (1128), Ayan (1033) adları olub.

Qeyd edilən bu adlar ümumiyyətlə son beş il ərzində də digərlərinə nisbətən üstünlük təşkil edib. (Yusif ”“ 16508, Zəhra ”“ 15225, Nuray ”“ 12869, Fatimə ”“ 11377, Əli ”“ 11267, Hüseyn ”“ 10967, Aylin ”“ 7542, Ayan ”“ 7405, Məhəmməd ”“ 7188, Zeynəb ”“ 7019, Murad ”“ 6992).
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin