Son vaxtlar Leyla Şıxlinskaya klinikasının fəaliyyətinin dayandırılması haqqında müxtəlif şaiyələr gəzir.xa0
Səhiyyə Nazirliyinin açıqlamasında isə bildirmişdi ki, klinikanın sənədləri araşdırılır: "Müəyyən standartlar var və klinika bu standartlara cavab verməlidir”x9d.
ATV.az bu məsələ ilə bağlı klinikanın baş həkimi İlqar Alişovdan açıqlama alıb: "Səhiyyə Nazirliyindən bizə verilən lisenziyanın vaxtı bitdi. İndi yeni lisenziyanın verilməsini gözləyirik. Nazirliyin komissiyasi klinikamızda artıq iki yoxlanış tədbiri keçirib və bu yoxlanış zamanı bizə bildirilən iradlar qısa zamanda aradan qaldırılıb. Biz öz tərəfimizdən nazirliyə bu araşdırmalara görə minnətdarıq və ümid edirik ki, komissiya dediyi kimi, 5-10 gün ərzində bütün problemlər aradan qaldırılacaq və klinikamız tam şəkildə, yəni doğuşa yardım və ginekoloji şöbə də daxil olmaqla öz fəaliyyətini davam etdirəcək”x9d.



































































































