“AXCP Eldəniz Quliyevə dəstək verməyə hazırdır”x9d

Hazırda oxunan: “AXCP Eldəniz Quliyevə dəstək verməyə hazırdır”x9d

76878

Məlum olduğu kimi, Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev daxili işlər naziri Ramil Usubovla məhkəmə çəişməsi sonucunda ona kəsilən 1140 manatlıq cəriməni ödəmək iqtidarında olmadığını və lazım gələrsə, həbs olunmağa hazır olduğunu bildirib:

Bu günlərdə Apellyasiya Məhkəməsi məsələ ilə bağlı qərar verdi və Nəsimi Rayon Məhkəməsinin hökmünü təsdiqlədi. Bu isə, öz növbəsində o deməkdir ki, biz Ali Məhkəməyə müraciət etsək də bu cəriməni ödəməliyik. Mənim isə bu qədər vəsaiti ödəmək imkanım yoxdur. İmkanım yoxdursa, deməli, həmin məbləği ödəyə də bilməyəcəm. Əgər həbs olunmağım problemi həll edəcəksə, hakimiyyət buyurub məni həbs etsin”x9d.

Maraqlıdır, məhkəmə tərəfindən kəsilən cəriməni ödəmək üçün E.Quliyevə yardım kampaniyası keçirilərsə, AXCP bu kampaniyada iştirak edərmi?

Bununla bağlı Moderator.az-a açıqlama verən  AXCP sədri Əli Kərimli E.Quliyevə yardım məqsədi ilə baş tutacaq kampaniyaya dəstək verməyə hazır olduğunu vurğuladı:

“Əlbəttə, biz də bu kampaniyada iştirak edəcəyik. Eldəniz bəy Azərbaycanın ən savadlı, hörmətli ziyalılarından biridir. Əvvəla, ona qarşı bu məhkəmə işi qərəzli, sifarişli, qeyri-qanuni gedib. Bu məhkəmə prosesi üçün əsas yox idi. Çox təəssüflər olsun ki, məhəmələrin hamısı bunu təsdiq etməkdədir. Eldəniz bəylə bununla bağlı məsləhətləşəcəyik. Hnası addımların atılması ilə bağlı fikir mübadiləsi aparacayıq. Eldəniz bəy Milli Şuranın Koordinasiya Mərkəzinin də üzvüdür. Özü ilə məsləhətləşib bundan sonra atılacaq addımları birlikdə müəyyənləşdirəcəyik”x9d.

Məlumat üçün qeyd edək ki, daxili işlər naziri Ramil Usubov 2014-cü ildə Eldəniz Quliyevə qarşı Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırmışdı. İddiaya səbəb Eldəniz Quliyevin yol polisi barədə Ramil Usubova yazdığı müraciət olub. Eldəniz Quliyev “Feysbuk”x9d şəbəkəsində yazdığı, “Moderator.az”x9d saytında da dərc olunan həmin müraciətində bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini bildirib və naziri konkret addımlar atmağa səsləyib. Nəsimi Rayon Məhkəməsinin təyin etdiyi linqvistik ekspertiza Eldəniz Quliyevin yazdıqlarında təhqir məqamlarının olduğu barədə rəy verib. Beləliklə də ötən il 30 oktyabr tarixində Nəsimi Rayon Məhkəməsi Eldəniz Quliyevin 480 saat müddətində ictimai işlərə cəlb olunması və 1000 manat məbləğində cərimələnməsi ilə bağlı qərar çıxardıb. Məhkəmə zamanı keçirilən ekspertizanın xərci də E.Quliyevə kəsilən cərimənin üzərinə əlavə edilib və bununla da tanınmış ziyalının ödəməli olduğu məbləğ 1140 manata çatıb.

 

Seymur Əliyev

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin