Sabiq millət vəkili, Müsavat Partiyası Divanının üzvü İkram İsrafilin övladının toyunda millət vəkilləri Aydın Mirzəzadə və Fazil Mustafanın iştirakı bəzi AXCP təmsilçiləri tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, toy məclisində sözügedən millət vəkillərinin iştirakını İ.İsrafilin siyasi müstəvidəki mübarizəsindəki qeyri-səmilik əlaməti kimi dəyərləndirən bəzi AXCP-çilər Müsavat yetkilisi haqqında sərt ittihamlar səsləndirib. (//moderator.az/?xeber=58702).
Maraqlıdır, doğrudanmı iqtidar və müxalifət təmsilçilərinin
bir-birlərinin xeyir-şər məclislərində iştirakı
böyük bir günah, bağışlanılmaz bir xəyanətdir? İqtidar və müxalifətin
bir-birinə rəqib kimi deyil, düşmən kimi yanaşması nə dərəcədə düzgündür? Ümumiyyətlə,
siyasi baxışların insani münasibətlərin üzərində qərarlaşması qəbulediləndirmi?
Bununla bağlı Moderator.az-ın sualını cavablandıran
millət vəkili Fazil Mustafa bu cür düşünən insanların xəstə təfəkkürə malik
olduğunu bildirdi:
“Bu insanlar bütün parametrlər üzrə - həm siyasi,
həm də insani parametrlər üzrə həqiqətən xəstədirlər. Onların ciddi müalicəyə
ehtiyacı var. İ.İsrafil bizimlə parlamentdə bir yerdə olub. Müəyyən proqramlar
üzrə üst-üstə düşən və düşməyən baxışlarımız olub. O, bir insan kimi çox yaxşı
bir insandır. Mənim ona hörmətim var. Məni övladının toyuna dəvət edib və mən
də getmişəm. Bizim keçmiş münasibətlərimiz var. Əgər onun yerində başqası ”“
tutaq ki, Pənah Hüseyn, Arzu Səmədbəyli, hansısa keçmiş mübarizə yoldaşımız
olsun məni toyuna dəvət etsə, onların da məclisində iştirak edərəm. Bu, gülünc
və xsətə yanaşmadır. Insan bilmir ki,
buna gülsün, yoxsa ağlasın. Belə şeyə də irad bildirmək olar? Bu xəstəliyin
müalicəsi yoxdur. İnsanın sevincli və ya kədərli günündə onunla bir yerdə olmağa necə irad bildirmək olar?
Necə, hansı məntiqlə demək olar ki, onun toyuna və ya yasına niyə getmisən? Bu,
hər şeydən əvvəl bir insani borcdur. İnsan hər şeydən öncə alicənab olmalıdır. Mən
YAP da, Xalq Cəbhəsinə də, Müsavatda da olan insanlara insani münasibətinə görə
münasibət bəsləyirəm. Yoxsa yüzlərlə insan ola bilər ki, mənim siyasi
baxışlarımı qəbul eləməsin. Biz hər kəsə siyasi baxışına görə yanaşsaq onda gərək
hər kəsə düşmən olaq. Mənim siyasi baxışımı qəbul edən şəxs insan kimi pis adam
da ola bilər. Nə etməliyəm? Onunla dostluyğu qəbul etməliyəm? Siyasi münasibətlər
hər hansı bir şəkildə insani münasibətlərin üstünə çıxarılmamalıdır. Bu cür
addımlar cəmiyyət tərəfindən də qınanmalıdı. Qeyri-sivil baxışa malik olan bu
insanlar cəmiyyət üçün arzuedilən deyil. Indi görün bunlar hansısa formada
səlahiyhyət sahibi olsalar nə edərlər? Onda yəqin onlar iddia edirlər ki,
kiminsə dəfnində kimlərsə iştirak etməməlidir və s. Belə çıxır ki, onlar Hüseyn
Cavidə də salam verməməli idilər”.
Seymur Əliyev



































































































