Ötən gün
Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə Azərbaycanın bənzərsiz alimi, keçmiş təhsil naziri, prezident İlham Əliyevin göstərişi ilə Türkiyədə müalicə kursu keçən, ağır xəstəlikdən sonra yavaş-yavaş özünə gəlməyə başlayan Firudin Cəlilovu ziyarət edib.
Sonra söhbət paytaxt çayxanalarının birində davam edib. Professorla söhbət 2 saatdan çox davam edib. Firudin Cəlilov müalicəsinin davam etdiyini və ciddi nəzarət altında olduğunu bildirib, buna baxmayaraq bütün gücü və enerjisi ilə hər gecə səhər saat 6-dək yazı-pozu işləriylə məşğul olduğunu bildirib. Professor 3 cildlik "Azərbaycan Türklərinin İslamaqədər tarixi" kitabını da baş redaktora bağışlayıb.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.