“Azərbaycanda insanlar o qədər haqsızlıq və ədalətsizlik görüb ki, o qədər haqqın və ədalətin bərqərar olmadığına şahid olub ki, cəmiyyətdə ədalət hissi ölüb”. Bunu Moderator.az-a açıqlamasında məşhur filosof və yazıçı Əlisa Nicat bildirib. Ə.Nicatın sözlərinə görə, artıq elə bir mənəvi-psixoloji ab-hava formalaşıb ki, bu gün hər hansı bir ədalətli hərəkət və ya söz gülünc və mənasız görünür:
“Artıq elə bir vəziyyət formalaşıb ki, ədalətdən danışanda ətrafdakı insanlara gülməli görünür. Sanki qeyri-adi, qəribə və inanılmaz bir şey eşidirlər. Bu, artıq faciədir”.
Seymur Əliyev

































































































