“600 mindən artıq müsəlman yaşayan Gürcüstanın bayrağının yalnız xristian xaçlarıyla bəzədilməsi...”

Hazırda oxunan: “600 mindən artıq müsəlman yaşayan Gürcüstanın bayrağının yalnız xristian xaçlarıyla bəzədilməsi...”

45166

“Son günlər Borcalıya müxtariyyət tələblərinin səslənməsi heç də təsadüfi deyil”. 

Bunu Moderator.az-a açıqlamasında politoloq Adıgözəl Məmmədov Rusiyanın dəstəyi ilə Borçalı camaatının müxtariyyət istəməkləri ilə bağlı məsləyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, onların bu niyyətlərinin arxasında müəyyən dairələrin çox ciddi strateji məqsədləri dayanır:

“Bu baxımdan bu kampaniyanın məhz bu günlər gündəmə gəlməsi olduqca məqsədyönlüdür. Belə ki,  Azərbaycan mövcud hala differensial baxmalıdır. Əlbəttə, biz istənilən halda qədim Borçalı elimizdə olan soydaşlarımızın istər sosial, istərsə də iqtisadi şəraitlərinin yaxşılasmasını istəməliyik. Çünki bu onların təbii haqlarıdır. Amma biz heç nədən Gürcüstanla olan münasibətlərdə də gərginlik yaratmamalıyıq. Faktiki olaraq, Gürcüstan ərazisi Azərbaycanın Qərbə açılan qapısıdır. Ona görə də bu niyyətlərin arxasında Azərbaycanın xeyrinə olmayan qüvvələrin oyunu dayana bilər. Gürçüstan ərazisində millətlərarası iğtişaşları qızışdırmaqla bu koridoru qapatmaq istəyə bilərlər. Bu baxımdan da Gürcüstanı mövcüd siyasi orbitdən uzaqlaşdırmaq istəyirlər. Amma nəticədə isə yenə də zərər çəkən biz olacağıq. Çünki sadə gürcülərin şüuruna yeridəcəklər ki, gördünüz, bu türklərə bel bağlamaq olmaz və  Stalin də bunu başa düşərək, Axıska türklərini deportasiya etmişdi. Bax bu baxımdan bu təşəbbüsü başlayanlara bunu ünvanlamaq istərdim”.

Adıgözəl Məmmədov eyni zamanda Gürcüstanda yaşayan azərbaycanlıların sıxışdırmasından da danışdı:

“Əlbəttə, mən bir həqiqəti də bildirmək istəyirəm ki, Gürcüstanda son zamanlar azərbaycanların asimilasiyasına cəhdlər də müşahidə olunur. Eyni zamanda 600 mindən çox müsəlman əhalisi olan Gürcüstanın bayrağının yalnız xristian xaçları ilə bəzədilməsi də bu əhali arasında çoxlu suallar yaradır. Lakin biz  Gürcüstanla olan münasibətlərdə  gərginlik yaratmamağa üstünlük verməliyik”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin