Putin və Medvedev sammit üçün tikilən oteli yoxlayıblar

Hazırda oxunan: Putin və Medvedev sammit üçün tikilən oteli yoxlayıblar

39282
Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev Soçi şəhərinə gələrək burada “8-lik” sammiti üçün tikilən bir sıra obyektlərə baş çəkiblər.
Moderator.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Putin və Medvedev öncə Psexako zirvəsində yerləşən “Psexako” otel kompleksinə baxış keçiriblər. Rəsmilər bu il iyun ayının 4-5-də bu oteldə keçirilməsi nəzərdə tutulan “8-lik” sammitinə gələcək nümayəndə heyətinin otaqlarına baxıblar. Baxışdan sonra onlar “Laura” dağ xizəyi kompleksinin trassı ilə bir neçə dəfə xizək sürüblər. 
Xatırladaq ki, hər iki məmur iki gün ərzində baş tutacaq səfər çərçivəsində Soçi Qış Olimpiadası üçün tikilən bütün obyektlərə də baxış keçirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin