Bu gün parlamentin iclasında çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bir təkliflə çıxış edərək ölkədəki milli birliyin baş tutması üçün yaranmış fürsətdən istifadə edərək əfv və ya amnistiya elan edilməsinin zəruriliyini dilə gətirdi. Moderator.az onun çıxışını təqdim edir:
"Bir qrup ictimaiyyət nümayəndəsi məsələ qaldırıb ki, Məmmədəmin Rəsulzadənin anadan olmasının 130 illiyi ərəfəsində keçmiş “26-lar” bağına Cümhuriyyət bağı adı verilsin. Mən bu ideyanı dəstəkləyirəm və bu məsələni parlamentdə qaldırıram ki, müvafiq dövlət orqanları da bu məsələni araşdırsınlar. Ümid edirəm ki, müvafiq qərarın qəbul olunması doğru və ədalətli bi addım olardı. Bundan başqa qarşıdan dünya azərbaycanlılarının həmrəylik günü və yenil gəlir. BU gün Şahdəniz-2 yatağının işlənməsinə dair müqavilə imzalanır. Yəni bu hadisələrlə əlaqədar olaraq güman edirəm ki, doğru və ədalətli bir addım olardı, həm də milli birliyə xidmət edərdi ki, biz həm beynəlxalq, həm də Azərbaycan insan hüquqları müdafiə təşkilatları tərəfindən həbs olunmasında siyasi motivlər olduğu iddia olunan məhkum olunmuş şəxslərin azad edilməsi tərəfindən qərar qəbul olunsun. Barəsində məhkəmə istintaqı davam edən şəxslər haqqında isə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin. Hesab edirəm ki, bu məsələ öz həllini tapsa ədalətli və doğru bir yanaşma olardı."

































































































