Moderator.az-ın verdiyi məlumata görə, bunu AXCP İmişli rayon şöbəsinin sədri Əli Qasımlı, özünün Facebook səhifəsində bildirib.
Onun yazdığına görə, partiyada aparılan müzakirə zamanı, V.Qədirovun sosial şəbəkədə R.Arifoğlu ilə yazışmasında etik sərhədləri aşdığı və bunun cəbhəçi üçün yolverilməz hal olduğu vurğulanıb.
İclasda bildirilib ki, hər bir cəbhəçi üçün virtuallıqla, reallıq arasında parallelik olmalıdır; cəhbəçi mübarizə meydanında göstərdiyi ləyaqətli, cəsarətli və etikalı mövqeyi olduğu kimi vurtual aləmdə də göstərməlidir: Müzakirələr zamanı yaraşmayan ifadələr işlətməməlidir.
Ə.Qasımlının sözlərinə görə, müzakirələr zamanı o da nəzərə alınıb ki, V.Qədirov artıq səhvini başa düşüb və yazdığı qeyri-etik ifadələri artıq silib. Rayon şöbəsində ona, işlətdiyi nəlayiq ifadələrə görə töhmət elan olunub.
İmişli rayon şöbəsi ümid edir ki, Qarabağ müharibəsinin qazisi, rejimlə qətiyyətli mübarizəsinə görə dəfələrlə həbs olunmuş V.Qədirov bu partiya cəzasından düzgün nəticə çıxaracaq. Qeyd edək ki, 2-ci qrup müharibə əlilidir.



































































































