Hərbi ekspert Üzeyir Cəfərli mövzu ilə bağlı Moderator.az-a açıqlama verib: “Bu heç də o demək deyil ki, biz Rusiyadan həmin məbləğə silah-sursat almışıq. Bu məbləğ Rusiya ilə Azərbaycan arasında ümumi hərbi dövriyyənin göstəricisidir. Deyilən məbləğin içində ölkəmizlə Rusiyanın hərbi layihələrindən tutmuş orada oxuyan hərbi müdavimlərin xərcinə qədər çox şeylər var”. Daha sonra Azərbaycanın Rusiya istehsalı olan silahlardan imtina edə bilməməsinin səbəblərinə toxunan ekspertin sözlərinə görə buna zaman lazımdır:
“Azərbaycan ordusu öz arsenalında olan Rusiya istehsalı olan silahlardan birdən-birə imtina edə bilməz. Bunun üçün zaman lazımdır. Ordumuzda artıq rus istehsalı olan silahların sayı get-gedə azalır. Ölkəmiz hazırda İsraillə yanaşı Rumıniya Türkiyə, Pakistanla da hərbi əməkdaşlıq edir. Xaricdən alınan silahlar təkcə Milli Ordunun deyil, bütün güc strukturlarının hərbi arsenalına yönəlir. İsraildən 1.6 milyard dollara silah almamışıq. Orda hərbi dəniz qüvvələri üçün naviqasiya vasitələri, Müdafiə Sənayesi Nazirliyi üçün bir sıra vasitələr də var”.
Xəyal Əzizov


































































































