“Arzu edirəm ki, 26 iyun paradı ordumuzun yeni zəfərlərinin başlanğıcı olsun”

Hazırda oxunan: “Arzu edirəm ki, 26 iyun paradı ordumuzun yeni zəfərlərinin başlanğıcı olsun”

230411

“Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinin yüksək səviyyədə qeyd edilməsi müsbət haldır. Söz yox ki, 26 iyunda keçiriləcək tədbir Azərbaycan Ordusunun güc nümayişidir”

Bunu Moderator.az-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib. Partiya sədrinin sözlərinə görə, baş verənlər həm də Ermənistaan qarşı əzələ nümayişi hesab edilə bilər:

“Bu, təntənəli tədbir olsa da, hərbi texnikanın iştirakı ilə keçirilən məlum tədbir müharibə şəraitində yaşayan, torpaqları işğal edilən, milyondan çox vətəndaşı qaçqın olan bir dövlət üçün müstəsna dərəcədə əhəmiyyətlidir.

26 iyu paradına ciddi hazırlıq gedir. Burada diqqət çəkən digər bir məqamxa0 da paradda Türkiyə SQ-nin təmsilçilərinin də iştirakıdır. Bizi şəraitdə olan dövlətlərin bu cür tədbirlər həyata keçirməsi şübhəsiz ki, həm də hərbi güc nümayişidir. Düşmənə qarşı əzələ nümayişidir. Bunu isə ancaq alqışlamaq olar.

Arzu edərdim ki, Azərbaycan ordusunun əzəmətli addım səsləri yalnız təntənəli tədbirlərdən deyil, xa02016-cı ilin aprelində olduğu kimi həm də döyüş meydanlarından gəlsin. Çox istərdim ki, 26 iyun paradı bu prosesin başlanğıcı olsun”.

xa0

Seymur Əliyev

xa0

xa0

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin