İsveç Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin etdi

Hazırda oxunan: İsveç Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin etdi

186806
İsveç Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin edib.
İsveçin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, bu vəzifəyə diplomat Kristian Kamil (Christian Kamill) təyin olunub.
Diplomatik missiyasının yeni rəhbəri Azərbaycanda vəzifələrinin icrasına sentyabrın əvvəllərində başlayacaq.
Bu vəzifədə o, Azərbaycanda diplomatik missiyasını bu ilin iyul ayında başa vuran Tomas Danestadı əvəz edəcək.
Buna qədər K.Kamil İsveçin Qazaxıstandakı səfiri kimi fəaliyyət göstərib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin