Baş nazirin müavini dollar kreditlərindən danışdı - Video

Hazırda oxunan: Baş nazirin müavini dollar kreditlərindən danışdı - Video

123463
Xarici valyutada kredit götürən şəxslərə güzəştlərin edilməsi ilə bağlı bir müddətdir müzakirə olunan məsələlərə baş nazirin müavini Əli Əhmədov münasibət bildirib.

Hökumət rəsmisi həyata keçməsi mümkün olmayacaq təklifləri gündəmə gətirib uzun müddət müzakirə etməyin doğru olmadığını, real resursların imkan verdiyi qədər güzəştlərə gediləcəyini deyib.

“Bu barədə təklif var və təklifin üzərində işlənilməlidir. Məsələ diqqətimizdədir. Əgər büdcəyə problem yaratmayacaqsa məsələnin müsbət həlli mümkündür”x9d, - deyə Əli Əhmədov bildirib.

Xatırladaq ki, ötən il dekabrın 21-də manatın ikinci dəfə devalvasiya etməsindən sonra dollarla kredit götürmüş vətəndaşların kredit ödənişlərində çətinliklər yaranıb.

Fevralda dəyərini 34 faiz itirən manat dekabrın 21-də yenidən 47 faiz itirib. Mərkəzi Bank yaydığı bəyanatda bunu daha çox neftin qiymətinin enməsi ilə bağlayıb.

Yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edib.(ans)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin