"Həyəcan pozuntusu olan pasiyent yaxşı şeylərə fokuslaşmağa məcbur edilir. Bunun üçün o, qulaqcıq taxır və sevimli musiqini dinləyir. Bundan sonra ona kompüter ekranında müxtəlif ifadəli simalar göstərilir..."
İsrail alimləri səksəkəliyin (həyəcanlılığın) sevimli musiqi və ekranda xüsusi seçilmiş şəkillərin köməyilə yeni müalicə üsulunu düşünüb. Təcrübə göstərib ki, bu metod antidepressantlardan heç də pis təsir göstərmir.
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
Həyəcanlı vəziyyət gec və tez bir çoxlarını narahat edir. Statistikaya görə, belə hallar əhalinin 4-12 faizində inkişaf edir.
"İnsanlar belə hallarla kifayət qədər tez-tez cəmiyyətdən yan keçir və bunun bədəlini ödəyir", - Təl-Əviv Universitetinin professoru Yair Bar-Xaim deyir.
Psixoloji elmlər Məktəbindən tələbələr Qal Arad və Ömər Azriellə birlikdə professor sosial həyəcan pozuntusu olan insanların yeni müalicə metodunu işləyib hazırlayıb.
Yeni metod GC-MART adlanır, bu da "baxışı izləməyə görə musiqi mükafatı terapiyası" deməkdir. Bunun mahiyyəti ondadır ki, həyəcan pozuntusu olan pasiyent yaxşı şeylərə fokuslaşmağa məcbur edilir. Bunun üçün o, qulaqcıq taxır, istənilən sevdiyi musiqi qoşulur. Çünki burada musiqi başlıca mükafat rolunu oynayır.
Bundan sonra pasiyentə kompüterin ekranında müxtəlif ifadəli simalar - dərin məyusluqdan son dərəcə sevinc keçirən şəxslər göstərilir.
Həyəcan pozuntusu olan insan, adətən, qaraqabaq və kədərli simalara diqqət yetirir, o, kütləni və sosial vəziyyətləri düşmən münasibətdə qəbul edir, amma belə pozuntusu olmayan insanlar kütlədə pozitiv və ya neytral şəxslərə fokuslanır.
Yeni müalicə metodunda pasiyentlər məhz belə davranmağa, yəni diqqəti müsbət emosiyalar ifadə edən və ya minumum neytral şəxslərə yönətməyə sövq edilir. Mükafat olaraq ona bir az sevimli musiqi səsləndirilir. Beləliklə, müsbət əks əlaqə yaranır.
Bu gün sosial həyəcan pozuntusunun iki müalicə üsulu var. Bunlar koqnitiv - davranış psixoterapiyası və selektiv inqibitorlar olan "prozak", "sipraleks", "bellbutrin" preparatlarının qəbuludur.
"Koqnitiv - davranış terapiyası ixtisaslı klinik psixoloq tərəfindən 12-20 seans tələb edir, bu zaman narahatçılığın səbəblərinin tədricən aşkar edilməsi hesabına əlamətlər azalır", - professor izah edir.
"Beləliklə, öz effektliyinə rəğmən, bu terapiya yüksək ixtisaslı terapevtlə kompleks müalicədən ibarətdir və pasiyenti müxtəlif dərin qorxularla üz-üzə qalmağa sürükləyir ki, bu da müalicənin vaxtından əvvəl dayandırılmasına gətirib çıxarır".
Üstəlik, davranış terapiyası pasiyentlər üçün sözün birbaşa mənasında baha başa gəlir.
Dərman preparatları isə təxminən 50 faiz hallarda effektlidir. Onların tətbiqinə məhdudiyyətlər yan təsiri ilə bağlıdır. Onların arasında mədə-bağırsaq yolunun pozuntuları, yorğunluq, əhvalın dəyişilməsi, yuxunun pozulması, yüksək səslərin və parlaq rəngin qəbul edilməməsi, hətta emosional kütlük adlanan əqli qabiliyyətin aşağı düşməsini qeyd etmək olar.
Bəzi pasiyentlər psixiatrik preparatlardan istifadə etməməyə üstünlük verir, digər hallarda, söhbət azyaşlı uşaqlar, hamilə qadınlar və müəyyən xəstəliklər olanlardan gedirsə, preparatların qəbulu mümkün olmur", - professor davam edir.
Bunun əvəzində o və həmkarları sübut edib ki, GC-MART terapiyası heç də pis kömək etmir. Kliniki tədqiqatda sosial həyəcan pozuntuları olan 105 yaşlı adam iştirak edib.
Onların bir hissəsi dərman preparatları, konkret olaraq sipralekslə, ikinci hissəsi yeni metodla müalicə edilib, üçüncü qrup müalicə olunmayıb və nəzarət qrupu kimi nəzərdə tutulub.
GC-MART terapiyası hər dəfə 30 dəqiqə olmaqla 10 dəfə 12 həftə ərzində aparılıb. Dəyişikliklər həm həkim, həm pasiyent tərəfindən tədqiqatın əvvəlində, ortasında və sonunda dəyərləndirilib.
Nəticədə hər iki metod- həm dərman, həm də musiqi terapiyasında heç bir müalicə almayan pasiyentlərlə müqayisədə nəticələr əldə edilib. Üstəlik, hər iki metodun effektliyi fərqlənməyib.
Onlar pasiyentlərin yarısına həyəcan simptomlarının xeyli dərəcədə azalmasına kömək edib. Alimlər ümid edir ki, yeni terapiya tezliklə psixatrik preparatlara alternativ olaraq tətbiq ediləcək.




































































































