"Avropa və Asiya-Sakit Okean regionu 2023-cü ildə diqqət mərkəzində qalmaqda davam edəcək..."
"Sosial şəbəkələrin qlobal platformaları vasitəsilə artan nifrət ritorikası dünyada siyasi və sosial qütbləşməni dərinləşdirir..."
"Qlobal energetika, ərzaq və tədarük zənciri böhranı ilə bağlı operativ risklər böyükdür..."
"Qlobal iqlim dəyişikliyi ilə bağlı risklər gündəlik həyatımızda özünü büruzə verməkdədir..."
Hadisələrlə zəngin olan 2022-ci il sona yetir və analitiklər artıq gələcək üçün proqnoz verməyə cəhd göstərir. Hələlik, onlar 2023-cü ildə dünya birliyini gözləyən beş qlobal riskləri qeyd edir.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" nəşri razıb.
Dekabrın əvvəlindən biz dünyanın aparıcı analitik mərkəzləri, beynəlxalq qeyri-hökumət tədqiqat təşkilatları və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) kimi beynəlxalq birliklərin 2023-cü il üçün proqnozları barədə məruzələrini nəzərdən keçiririk. Praktiki olaraq bütün məruzələrdə beş əsas risklər qeyd edilir.
Birincisi, geosiyasi risk və qlobal eksremizm təhlükəsinin müxtəlifliyi.
İkincisi, dərinləşən siyasi qütbləşmə və ictimai iğtişaşlar.
Üçüncüsü, artan kibertəhlükələr və kiberşəbəkənin qlobal iflası.
Dördüncüsü,operativ risklər və energetika böhranının dərinləşməsi.
Birinci riskə gəldikdə, həm Avropa, həm də Asiya-Sakit Okean regionu 2023-cü ildə diqqət mərkəzində qalmaqda davam edəcək. Ukrayna hərbi münaqişəsinin sonrakı mərhələləri, böhranı ən azı bir neçə ilə uzadacaq eskalasiya və ya sülhə doğru addımlar qlobal sustemdə balanslara dərin təsir göstərəcək. Qarşıdurmanın uzanması qlobal energetika, ərzaq və tədarüklər zənciri barədə mübahisələri qızışdırmaqda davam edəcək.
Xüsusilə Atlantikada yerləşən analitik mərkəzlər bu məsələ ilə bağlı gündəlikdə Çin və Tayvan arasında gərginliyin saxlanılması istiqamətində fəal səylər göstərəcək. Bununla əlaqədar olaraq güman edilir ki, Çin COVİD-19-a qarşı tədbirlər altında xammalın müəyyən səviyyədən aşağı tədarükü saxlamağa çalışacaq, bu səbəbdən inflyasiya təzyiqi davam edəcək.
Lakin Çinin iqtisadiyyatını ləngiyməyə hazır olması müəyyən şübhələr doğurur. Ona görə də Pekin 2023-cü ildə tədarükün qlobal susteminə dönərsə və istehsalı artırarsa, bu halda dünyada xammal malların, ilk növbədə enerjidaşıyıcıların (neft, təbii qaz və kömür) qiymətində qlobal inflyasiyanın ikinci dalğası baş verə bilər. Əgər bu vəziyyət aparıcı mərkəzi bankları faiz dərəcələrini daha da yüksəltməyə məcbur edərsə, o zaman staqflyasiya riski aktual olacaq.
İkinci risk bütün dünya üçün problemdir. O cümlədən, sosial şəbəkələrin qlobal platformaları vasitəsilə getdikcə artan nifrət ritorikası bütün dünya boyunca siyasi və sosial qütbləşməni dərinləşdirir. Təəssüf ki, belə vəziyyət ictimai iğtişaşlar riskini yüksəldir. Hələ gizli surətdə şəkildə dini, dil, irqi, mədəni, hender ayriseçkiliyə yönələn və müntəzəm olaraq qlobal sistemin dərin qurumları tərəfindən müəyyən təbəqənin guya müdafiəsi üçün qızışdırılan işlə bağlı sayıqlıq tələb edilir.
Bu zaman əslində bir və ya bir neçə cəmiyyətin müxtəlif təbəqələrinin qızışdırılması baş verir. Atlantikada yerləşən analitik mərkəzlər 2022-ci il ərzində fəal surətdə xüsusilə Qərbdə ekstremist meyllərlə, habelə Avropada və ABŞ-da ultrasağ və daha geniş terrorçu ideologiyalar əsasında güclənən motivasiya ilə bağlı narahatlığını ifadə edib.
Üçüncü risk ötən həftə İspaniya tərəfindən Kanar adalarında təşkil edilən nazirlərin İƏİT görüşündə müzakirə edilib. Bu, 2023-cü ildə qlobal kiberşəbəkə zəminində əməkdaşlığın iflasa uğramasıdır, bu da məlumatların transsərhəd mübadiləsi zamanı qarşılıqlı etimadın olmaması və qitələr arasında şəxsi məlumatların kommersiyalaşdırılması ilə bağlı ciddi fikir ayrılığı, habelə Atlantika ilə Asiya-Sakit Okran regionu arasında qlobal gərginliklə bağlıdır.
Bundan başqa, get-gedə daha təhlükəli miqyas alan xakerlərə hipersəli rəqəmsallaşmanın verdiyi imkanlar 2022-ci ilin üçüncü rübündə bütün dünya boyunca 15 milyon məlumatın sızmasına səbəb olub.
Dördüncü risk qlobal energetika, ərzaq böhranı və tədarük zəncirinin böhranı ilə bağlı operativ risklərdir. Həmçinin əməliyyat risklərini də idarə etmək tələb olunacaq, bunlar Rusiya-Ukrayna hərbi münaqişəsinin 2023-cü ildə mümkün yeni ölçülərini və Atlantika ilə Asiya-Sakit Okean regionu arasında energetika, ərzaq, bütün növ nəqliyyat (avtomobil, hava, dəniz, dəmiyolu, boru kəməri), habelə logistika mərkəzu sistemlər üçün gərginlik yaradacaq.
Beşinci risk olan qlobal iqlim dəyişikliyi hər gün bizim gündəliyimizdədir. Lakin şirkət və müəssələr əvvəlkitək bu riskə qarşı kifayət qədər sayıq və ciddi yanaşmır.
Ümid edək ki, 2023-cü il qlobal miqyasda təbii fəlakətlər ili olmayacaq.






























































































