"Almaniyaya Avropada ən iri "Drujba" boru kəməri ilə Qazaxıstandan neft axacaq..."
"Almaniyanın Rusiyadan xam neft sifariş etməsi barədə məlumatlar yalandır..."
"Qazaxıstan Avropaya ildə 2-5 milyon ton neft göndərə bilər..."
Almaniya bəyan edib ki, 2023-cü ildə Rusiyadan neft almayacaq. Bunun əvəzinə ölkə Qazaxıstandan xam neft idxal edəcək.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın "Bloomberg" maliyyə nəşri məlumat yayıb.
"Avropada ən iri iqtisadiyyata malik olan ölkə bəyan edib ki, bu ilin sonunadək Kremlin Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiya neftinin idxalına son qoymağı planlaşdırır. Lakin Rusiya neft kəməri direktorunun Avropadan 2023-cü ilin birinci rübündə tədarüklə bağlı sorğular alınması barədə bəyan edəndən sonra bu, şübhə doğurub.
Almaniyanın "Leuna" və "Schwedt" neft emalı zavodları tarixən Rusiya neftinin idxalından asılı olmasına rəğmən, indi Avropada ən iri neft boru kəməri olan "Drujba" boru kəməri ilə Qazaxıstandan neft axacaq", - nəşr yazıb və qeyd edib ki, rəsmən Almaniya və Qazaxıstan arasında saziş hələ bağlanmayıb.
"Onlar elan edib ki, Rusiyadan yanvarın 1-dən neft almayacaq, lakin biz Polşa istehlakçılarından sorğular almışıq: "Bizə növbəti ildə 3 milyon ton və dekabr ayı üçün 360 min ton neft verin", - bunu dekabrın 20-də "Transneft"in baş direktoru Nikolay Tokarev "Rossiya 24" telekanalına müsahibəsində deyib.
"Almaniya həmçinin birinci rüb üçün sorğu göndərib: "Bizə də neft verin", - o, əlavə edib. Tokarevin sözlərinə görə, Almaniyanın neft emalı zavodlarına Rusiya neftini Qazaxıstan nefti ilə əvəzləmək çətin olacaq.
Buna cavab olaraq Almaniya iqtisadiyyat nazirliyinin mətbuat katibi bəyan edib: "Almaniyanın Rusiyadan xam neft sifariş etməsi barədə məlumatlar yalandır. Leon və Şvedtdə olan neft emalı zavodları yeni ildən Rusiyadan xam neft sifariş verməyəcək".
O, əlavə edib ki, Polşa sərhəddinin yaxınlığında yerləşən Şvedtdəki neft emalı zavodu yanvar ayına "Qazaxıstan nefti üçün ehtiyat tutumları" var.
Öz tərəfindən Qazaxıstan xarici işlər naziri Muxtar Tleuberdi təsqiq edib ki, ölkəsi Avropaya ildə iki milyondan beş milyon tonadək neft göndərə bilər.
































































































