Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiya Federasiyasının Kursk bölgəsindəki “İskander-M” əməliyyat-taktiki raket sisteminin özüyeriyən buraxılış qurğuları və nəqliyyat-yükləyiciləri üçün təmir bazasına zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook”da məlumat yayıb.
Oktyabrın 12-də və 13-nə keçən gecə Müdafiə Qüvvələri Rusiyanın bir sıra hərbi obyektlərinə zərbələr endirib.
Məsələn, Kursk bölgəsindəki Kondrinka yaxınlığında “İskander-M” əməliyyat-taktiki raket sisteminin özüyeriyən buraxılış qurğuları və nəqliyyat-yükləyiciləri üçün təmir bazasına zərbə endirilib.
Rusiya Federasiyasının Bryansk bölgəsindəki Şkryabin yaxınlığında bir radar stansiyasına da hücum olunub.
Luqansk bölgəsinin müvəqqəti olaraq ələ keçirilmiş ərazisində Rusiya bölmələrinin logistika obyektlərinə zərbə endirilib. Dovjansk yaxınlığında yanacaq-sürtgü materialları anbarına, Rubejnı ətrafındakı sursat anbarı da hədəf alınıb.
Ukrayna ordusu, həmçinin Rusiyanın canlı qüvvəsinin cəmləşdiyi ərazilərə zərbə endirib.
Donetsk vilayətinin Selidovo, Rozdolno, Sujenko və Mirnoqrad, Zaporojye vilayətinin Naberejnı və Luqansk vilayətinin Kuzemivka ərazilərində Rusiya hərbi kontingentləri hücumlara məruz qalıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:16 / 13.10.2026
Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurdu
Hazırda oxunan: Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurdu
Hazırda oxunan: Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurdu
641984
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































