XIX əsrə aid müalicəvi "Şor hamamı" söküləcək? – VİDEO

Hazırda oxunan: XIX əsrə aid müalicəvi "Şor hamamı" söküləcək? – VİDEO

641994

Yasamal rayonunda yerləşən və "Şor hamamı" adlandırılan tarixi abidənin söküləcəyi ilə bağlı iddialar yayılıb.

Bizim.Media Baku TV-yə istinadla xəbər verir ki, Mirzə Fətəli Axundzadə küçəsi, 105 ünvanında yerləşən XIX əsrə aid hamam vaxtilə müalicəvi əhəmiyyətli duzlu sudan istifadə olunması ilə tanınıb.

Dəri xəstəlikləri və oynaq ağrılarından əziyyət çəkən insanların üz tutduğu bu məkan həm də Bakının tarixi-mədəni irsinin nümunələrindən biridir.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, vaxtilə hamam insanların tez-tez üz tutduğu məkan olub.
 

"50-60 il əvvəl evlərdə hamam yox idi. Hamama getmək özü bir ənənə idi. Kişilər və qadınlar üçün ayrı bölmələr vardı. Gecələr də hamamçı işləyirdi", - deyə sakinlərdən biri xatirələrini bölüşüb.


Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, sözügedən hamam yerli əhəmiyyətli tarixi abidə kimi dövlət qeydiyyatındadır və onun sökülməsindən söhbət gedə bilməz.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin