"44" filminin ən gənc aktyoru Rasim Abdullayev: "Babam 1-ci, atam isə 2-ci Qarabağ müharibəsində vuruşub"

Hazırda oxunan: "44" filminin ən gənc aktyoru Rasim Abdullayev: "Babam 1-ci, atam isə 2-ci Qarabağ müharibəsində vuruşub"

641999

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsinə və Qələbəyə gedən yola həsr olunmuş "44" bədii filminin təqdimat mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, filmin ən gənc aktyoru Rasim Abdullayev 1news.az saytına açıqlamasında belə bir layihədə yer almağın onun üçün böyük fəxr olduğunu bildirib:

 

"Mənim babam Birinci Qarabağ müharibəsində, atam isə İkinci Qarabağ müharibəsində vuruşub. Məhz buna görə də belə bir filmdə çəkilmək mənim üçün böyük qürur hissidir", – deyə o vurğulayıb.


Uşaqlıqdan kinoda çəkilmək arzusu ilə yaşadığını deyən gənc aktyor çəkiliş prosesindəki həyəcanını və təəssüratlarını bölüşüb:

"Səhnələri yenidən çəkmək lazım gələndə heç vaxt yorulmurdum – əksinə, bu, mənim arzum olduğu üçün prosesdən böyük zövq alırdım. Güclü aktyor heyəti ilə birgə oynamaq böyük əhəmiyyət kəsb edirdi. Bu, mənə taleyin bir hədiyyəsi idi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin