Siyavuş Novruzov: “Ayrı-ayrı ölkələrdən Azərbaycana qarşı təhdidlər var”

Hazırda oxunan: Siyavuş Novruzov: “Ayrı-ayrı ölkələrdən Azərbaycana qarşı təhdidlər var”

641970

“Cənab Prezidentin Yeni Azərbaycan Partiyasının Vlll qurultaydakı çıxışı Azərbaycanın keçmişinə, bu gününə və gələcəyinə verilən siyasi qiymət baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının Azərbaycanın müstəqilliyini əldə etdiyi dövrdən sonra düşdüyü vəziyyət, ölkəni idarə edən şəxslərin Azərbaycanı ağır vəziyyətdə qoyaraq ikisinin Rusiyaya, birinin isə Kələkiyə qaçması, Azərbaycan torpaqlarının hakimiyyətə gəlmək üçün alver predmetinə çevrilməsi, eləcə də bu gün Azərbaycanın apardığı siyasəti qəbul etməyən dövlətlər haqqında səsləndirdiyi fikirlər bir çox layları yerindən oynatdı”.

Bizim.Media xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat qeyd edib ki, ayrı-ayrı ölkələrdən Azərbaycana qarşı müxtəlif istiqamətlərdə təhdidlərin şahidi oluruq:

"Cənab Prezidentin səsləndirdiyi tövsiyələrdən biri də insanlarla birbaşa təmas qurmaq, onların arasında maarifləndirmə və təbliğat işini gücləndirməkdir. Xaricdə fəaliyyət göstərən və Azərbaycan adı altında müxtəlif kanallar açan platformaların hansı məzmunu yaydığını, hansı istiqamətdə təbliğat apardığını da müşahidə edirik. Cənab Prezidentin təxminən bir həftə əvvəl səsləndirdiyi fikirlərin bu gün şahidi oluruq.

O, Azərbaycan əleyhinə fəaliyyət göstərilməsi və gənc nəslin yanlış istiqamətə yönləndirilməsi məsələlərini də diqqətə çatdırmışdı. Hesab edirəm ki, Milli Məclisin deputatları bu istiqamətdə daha fəal iştirak edirlər. Təklif edirəm ki, bu məsələlərin geniş müzakirəsi üçün Milli Məclisdə də müvafiq mövzuda dəyirmi masa təşkil edilsin".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin