Ekspertlərdən XƏBƏRDARLIQ: "Yandex" şirkəti çökəcək – FOTO

Hazırda oxunan: Ekspertlərdən XƏBƏRDARLIQ: "Yandex" şirkəti çökəcək – FOTO

641921

Rusiyada minlərlə istifadəçi "Yandex.Disk" (Яндекс.Диск) bulud xidmətində saxladıqları foto və videoların ya açılmamasından, ya da tamamilə silinməsindən şikayətlənməyə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə rus mətbuatı yazıb.

Rusiya IT analitiki Eldar Murtazin bildirib ki, istifadəçilər bu faylları çox guman ki, həmişəlik itiriblər. Çünki həmin məlumatların ehtiyat nüsxələri (backup) məhz zədələnmiş data-mərkəzlərində saxlanılırdı.
 

Analitikin sözlərinə görə, "Yandex" istifadəçilərə dəymiş ziyanı ödəmək məcburiyyətində deyil, çünki şirkət əvvəlcədən istifadəçi müqaviləsinə dəyişiklik edərək bu cür texniki sıradan çıxmalara görə məsuliyyəti öz üzərindən götürüb.


Murtazin əlavə edib ki, superkompüterlərə dəyən ciddi zədələr səbəbindən bu data-mərkəzlərin fəaliyyətini tam bərpa etmək mümkün olmayacaq. Onun fikrincə, "Yandex"in daha bir data-mərkəzinə vurulacaq yeni zərbə şirkətin bir qurum kimi varlığına tamamilə son qoya bilər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin