Bu gün insanları, regionları və iqtisadiyyatları bir-birinə bağlayan dəmiryolçuların peşə bayramıdır.
Bizim.Media xəbər verir ki, 146 illik zəngin tarixə malik Azərbaycan dəmir yolları bu gün müasir tələblərə cavab verən, ölkəmizin nəqliyyat-logistika imkanlarını genişləndirən və qitələrarası bağlantılarda mühüm rol oynayan strateji sahələrdən biridir.
Dəmiryolçuların əməyi yalnız sərnişin və yük daşımalarının təhlükəsiz, rahat və dayanıqlı təşkilinə deyil, eyni zamanda, iqtisadi inkişafın, sosial rifahın və regional əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.
Bu əlamətdar gün münasibətilə bütün dəmiryolçuları ürəkdən təbrik edir, şərəfli fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və tükənməz enerji arzulayırıq!
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:39 / 13.10.2026
Bu gün dəmiryolçuların peşə bayramıdır – VİDEO
Hazırda oxunan: Bu gün dəmiryolçuların peşə bayramıdır – VİDEO
Hazırda oxunan: Bu gün dəmiryolçuların peşə bayramıdır – VİDEO
641924
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































