Rusiya ordusu Rivnedə universitet binasına zərbə endirdi: Yaralananlar var – VİDEO

Hazırda oxunan: Rusiya ordusu Rivnedə universitet binasına zərbə endirdi: Yaralananlar var – VİDEO

641959

Rusiya Silahlı Qüvvələri Ukraynanın Rivne şəhərinin mərkəzində yerləşən ali təhsil müəssisələrindən birinin binasına raket zərbəsi endirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rivne Vilayət Hərbi Administrasiyasının sədri Aleksandr Koval yayıb.

Onun sözlərinə görə, düşmən zərbəsi nəticəsində təhsil müəssisəsinin binasına ciddi ziyan dəyib və böyük dağıntılar baş verib.

Hadisə zamanı xəsarət alanların olduğu bildirilir. Hazırda yaralıların və zərərçəkənlərin dəqiq sayı dəqiqləşdirilir, ərazidə xilasetmə və fəsadların aradan qaldırılması işləri aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin