ABŞ Prezidenti Donald Trampla Vladimir Zelenski arasındakı gərginliyə baxmayaraq, Vaşinqton Avropa ilə birgə həm Ukrayna, həm də Rusiya üçün maliyyə imtiyazları və təhlükəsizlik zəmanətləri nəzərdə tutan birgə sülh planı üzərində işləyir.
Bizim.Media xəbər verir ki, The Washington Post qəzetinin köşə yazarı Devid İqnatius mənbələrinə istinadən bildirir ki, ABŞ rəsmiləri müharibəni dayandırmaq və tərəfləri ərazi güzəştlərinə sövq etmək üçün 4 əsas komponentdən ibarət geniş paket təklif edirlər:
Ukraynanın bərpası: Dünya Bankı və "BlackRock" investisiya şirkətinin iştirakı ilə dağıdılmış ərazilərin bərpası, həlak olanların ailələrinə kompensasiyaların ödənilməsi və iqtisadiyyatın dirçəldilməsi üçün xüsusi fond yaradılacaq.
Təhlükəsizlik zəmanətləri: Ukraynaya yeni Rusiya hücumu olacağı təqdirdə ABŞ və Avropa NATO-nun 5-ci maddəsinə bərabər hərbi yardım zəmanəti verəcək. Rusiya ilə də Avropanın təhlükəsizlik narahatlıqlarını nəzərə alan razılaşmalar müzakirə olunacaq.
Energetika və iqtisadi inteqrasiya: Rusiya neft və qazının Ukrayna üzərindən Avropaya tranzitini bərpa edən və mənfəətin Kiyevlə Moskva arasında bölünməsini nəzərdə tutan enerji müqaviləsi imzalanacaq. Həmçinin Rusiyaya qoyulmuş sanksiyaların mərhələli şəkildə ləğv ediilməsi üçün cədvəl müəyyənləşdiriləcək.
Cəbhə boyu atəşkəs: Ən ağrılı məqam cəbhə xətti boyunca döyüşlərin dayandırılması və mövcud təmas xəttinin faktiki dondurulması olacaq.
Aİ rəsmiləri Trampın Rusiya ilə dizel sövdələşməsindən narazı olsalar da, Cared Kuşner və Stiven Uitkoffun rəhbərlik etdiyi diplomatik prosesi davam etdirmək niyyətindədirlər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:12 / 13.10.2026
Mayamidə müzakirə edilən sülh planının detalları bəlli oldu – The Washington Post
Hazırda oxunan: Mayamidə müzakirə edilən sülh planının detalları bəlli oldu – The Washington Post
Hazırda oxunan: Mayamidə müzakirə edilən sülh planının detalları bəlli oldu – The Washington Post
641955
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































