Android üçün Telegram-ın yeni beta versiyasında səsli mesajı göndərməzdən əvvəl mətnə çevirməyə imkan verən yeni funksiyanın sınaqlarına başlanılıb.
Bizim.Media xəbər verir ki, yazı zamanı ekranda "Aa" düyməsi görünəcək. İstifadəçi səsli mesajı yazdıqdan sonra həmin düyməni sıxaraq audio əvəzinə hazır mətni həmsöhbətinə göndərə biləcək.
Qeyd edək ki, bu imkan yalnız Telegram Premium abunəçiləri üçün əlçatan olacaq.
Lakin yeniliklər bununla bitmir. Telegram həmçinin audioyazı zamanı kənar küy və küçə səslərini təmizləyən küyboğucu funksiyasını da test edir. Bununla belə, alqoritmin kənar küylərlə yanaşı, həddindən artıq sakit danışığı və ya arxa fondakı musiqini də təhrif etmək riski var.

Bizim.Media

- A-
- A
- A+
Dünya
10:24 / 13.10.2026
Telegram istifadəçiləri səsli mesajlardan xilas edəcək yeni funksiyanı sınaqdan keçirir – VİDEO
Hazırda oxunan: Telegram istifadəçiləri səsli mesajlardan xilas edəcək yeni funksiyanı sınaqdan keçirir – VİDEO
Hazırda oxunan: Telegram istifadəçiləri səsli mesajlardan xilas edəcək yeni funksiyanı sınaqdan keçirir – VİDEO
641918
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































