Türkiyənin məşhur aktyoru Oktay Kaynarca “Kim Milyoner Olmaq İstər?” yarışmasının aparıcılığından ayrılıb. Onun yerinə təcrübəli xəbər aparıcısı Cem Öğretir gətirilib.
Bizim.Media xəbər verir ki, Kaynarca yeni mövsümdə “Hamal” serialı ilə ekranlara qayıtmağa hazırlaşır.
Yarışmada isə aparıcı dəyişikliyi ilə yanaşı, qaydalar da yenilənib. Belə ki, baş mükafat 5 milyon türk lirəsindən 10 milyon lirəyə yüksəldilib, əsas mükafata çatmaq üçün cavablandırılmalı olan sualların sayı isə 13-dən 15-ə çatdırılıb.
Bundan başqa, zəmanətli məbləğ mərhələsi 7-ci sualdan 5-ci suala keçirilib, həmin mərhələnin məbləği 50 min lirədən 20 min lirəyə endirilib.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
13:35 / 13.10.2026
Oktay Kaynarca “Milyoner”dən ayrıldı
Hazırda oxunan: Oktay Kaynarca “Milyoner”dən ayrıldı
Hazırda oxunan: Oktay Kaynarca “Milyoner”dən ayrıldı
641971
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































