Fransa hərbçiləri Hind okeanında, Reyunyon adasının cənubunda Benin bayrağı altında üzən "DF Peak" neft tankerini ələ keçiriblər.
Bizim.Media xəbər verir ki, Le Monde nəşrinin verdiyi məlumata görə, sənədlərin yoxlanılması zamanı gəminin bayraqdan qanunsuz istifadə etməsinə dair şübhələr təsdiqini tapıb.
Prokurorluğun sorğusu ilə gəmi növbəti yoxlamaların aparılması üçün Reyunyon sahili yaxınlığındakı lövbər dayanacağına yönəldilib.
Xatırladaq ki, Fransa bundan əvvəl də Rusiyanın "kölgə donanması"na aid bir neçə tankeri saxlamışdı: Boracay (sentyabr 2025), Grinch (yanvar 2026), Deyna (mart 2026), Tagor (may 2026) və Deliver (iyun 2026). Hər beş gəmi cərimə ödənildikdən sonra sərbəst buraxılıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:28 / 13.10.2026
Fransa Rusiyanın "kölgə donanması"na aid növbəti tankeri saxladı – ANBAAN VİDEO
Hazırda oxunan: Fransa Rusiyanın "kölgə donanması"na aid növbəti tankeri saxladı – ANBAAN VİDEO
Hazırda oxunan: Fransa Rusiyanın "kölgə donanması"na aid növbəti tankeri saxladı – ANBAAN VİDEO
641915
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































