Bu ilin yanvar-sentyabr aylarında ölkədə faktiki qiymətlərlə 11 milyard 905,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istehsalın fiziki həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artıb.
Heyvandarlıq məhsullarının istehsalı 1,9 faiz, bitkiçilik məhsullarının istehsalı isə 0,5 faiz çoxalıb.
Məhsulun 51 faizi bitkiçiliyin, 49 faizi heyvandarlığın payına düşür.
Yanvar-avqust dövründəki 2,6 faizlik göstərici sentyabr ayının sonuna 1,1 faizə enib. Bitkiçilik sahəsində artım tempi 3,1 faizdən 0,5 faizə, heyvandarlıq sahəsində isə 2 faizdən 1,9 faizə düşüb.
Əsas natural göstəricilər aşağıdakı qrafikdə və cədvəldə yer alıb:

Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
12:52 / 13.10.2026
Azərbaycanda 12 milyard manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib – İNFOQRAFİKA
Hazırda oxunan: Azərbaycanda 12 milyard manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib – İNFOQRAFİKA
Hazırda oxunan: Azərbaycanda 12 milyard manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib – İNFOQRAFİKA
641956
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































